Tramp: "Qərb Rusiyanı "G8"dən çıxarmaqla səhv edib"

Tramp: "Qərb Rusiyanı "G8"dən çıxarmaqla səhv edib" backend

“Qərb Rusiyanı Səkkizlər Qrupu (G8) formatından kənarlaşdırmaqla səhv edib”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə Cənubi Afrika prezidenti Siril Ramafosa ilə görüşdə çıxışı zamanı deyib.

ABŞ prezidentinin fikrincə, bu qərar beynəlxalq əməkdaşlığı zəiflədib və Ukrayna böhranının kəskinləşməsinə səbəb olub.

"Əvvəllər "Böyük səkkizlər" var idi, lakin onlar Rusiyanı çıxarmaqla "parlaq" qərar veriblər. İndi isə nəticələrdən təəccüblənirlər", - Tramp jurnalistlərin suallarını cavablandırarkən istehza ilə şərh edib.

O vurğulayıb ki, Rusiyanın G8-də olması münasibətləri sabitləşdirə bilər.

“Onun tərkibində [Rusiya] olsaydı, hər şey başqa cür olardı. Bəlkə də Ukraynadakı münaqişənin qarşısını almaq olardı”, - Tramp deyib.

Firuzə Alimova / QAZİLER.AZ

Diaspora