"Kaya Kallasa görə stolun altında gizlənməyəcəm" - Vuçiç

"Kaya Kallasa görə stolun altında gizlənməyəcəm" - Vuçiç backend

Serbiya prezidenti Aleksandar Vuçiç Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Moskvaya səfəri ilə bağlı Avropa İttifaqının xarici işlər naziri Kaya Kallasın suallarından yayınmaqdan imtina edib.

Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.

Nəşr qeyd edib ki, görüş Belqradda baş tutacaq. Kallas Vuçiçin Moskvaya səfərini pisləyən yeganə Aİ siyasətçisi olub.

"Mən onunla səmimi danışdım və Serbiyanın mövqeyini açıq şəkildə izah etdim. Mən gizlənməmişdim. Əminəm ki, o, bu sualı bir daha verəcək. Mən stolun altında gizlənən və ya ondan qaçan deyiləm”, - deyə Vuçiç vurğulayıb.

Qeyd edək ki, Moskvaya səfəri zamanı Vuçiç mayın 9-da Böyük Kreml sarayında Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Rusiya liderinin sözlərinə görə, Moskva bu səfəri yüksək qiymətləndirib.

QAZİLER.AZ

Diaspora