Avropanın ilk qadın kamikadzesinin özünü partlatma anı kameralara düşüb. APA TV-nin xəbərinə görə, canlı bomba Hasna Ait Boulahcen Parisi qana bulayan terror hadisələrindən sonra həyata keçirilən anti-terror əməliyyatlarında özünü partladıb.
Kadrlarda polis Paris terrorunun təşkilatçısı Abdelhamid Aboudun sevgilisi olaraq tanınan qadından "sevgilin haradadır" deyə soruşur, Hasna isə "o, mənim sevgilim deyil" deyə cavab verir və özünü partladır.Partlayış nəticəsində qadının başı pəncərədən çölə, bədəni isə polis maşınının üstünə düşüb.
Qeyd edək ki, Parisdə baş verən terror hadisələrində 129 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.