"ABC" telekanalı Yanukoviçin keçmiş müşaviri Portnovun qətli yerindən kadrları dərc edib.
Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin keçmiş müşaviri Andrey Portnov İspaniyanın Pozuelo de Alarkon şəhərində güllələnib.
Qaziler.az bildirir ki, qətl yerindən kadrları İspaniyanın "ABC" nəşri yayıb.
“Milli polis çərşənbə günü səhər, yerli vaxtla saat 9:15-də çoxsaylı şahidlərin gözü qarşısında baş vermiş qətl hadisəsi yerindədir”, - deyə məlumatda bildirilir.
Nəşr şahidlərə istinad edərək iddia edir ki, qatil mavi idman kostyumu geyinmiş və bel çantası ilə cinayət yerindən piyada qaçıb. Həmçinin bildirilir ki, yaxınlıqda onu qoruyan bir və ya iki şərik ola bilər.
Bundan əvvəl Madrid polisi qətlin təfərrüatlarını açıqlamışdı. Qeyd olunur ki, Portnov maşına minmək istəyərkən iki-üç naməlum şəxs ona yaxınlaşaraq ən azı üçü başından olmaqla beş atəş açıb.
QAZİLER.AZ