Mexikoda baş verən atışmada bələdiyyə başçısının katibi və müşaviri öldürülüb

Mexikoda baş verən atışmada bələdiyyə başçısının katibi və müşaviri öldürülüb backend

Meksikanın paytaxtı Mexikoda baş verən atışmada bələdiyyə başçısının katibi və müşaviri öldürülüb

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Meksikanın paytaxtı Mexiko şəhərində mer Klara Bruqadanın şəxsi katibi Ximena Quzman və onun müşaviri Xose Munoz silahlı hücumda öldürülüb.

Səlahiyyətlilərin açıqlamasına görə, Quzman və Munoz Mexikoda Calzada de Tlalpan və Napoleon küçələrinin kəsişməsində maşında olarkən motosikletçinin hücumuna məruz qalıb.

Həkim qruplarının bütün səylərinə baxmayaraq, Quzman və Munoz hadisə yerində dünyasını dəyişib.

Meksika prezidenti Klaudiya Şeynbaum Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında "Təəssüf ki, Ximena Quzman və Xose Munoz silahlı hücum nəticəsində həyatını itirib", - deyib. 

"Bu hadisənin məsulları cəzasız qalmayacaq və ədalət qarşısında cavab verəcəklər. İstintaq hərtərəfli aparılacaq və hökumətin tam dəstəyi var", - prezident bildirib.

Şeynbaum Mexiko şəhərinin meri Bruqadaya və həyatını itirənlərin ailələrinə başsağlığı verib.

QAZİLER.AZ

Diaspora