ABŞ prezidentliyinə namizəd Suriya qaçqınlarını "quduz itlərlə" müqayisə edib. ANS PRESS-in məlumatına görə, namizəd Ben Karson il ərzində prezident Barak Obamanın Suriya qaçqınlarını dəstəkləməsinə qarşı çıxaraq, onları "quduz itlər" adlandırıb. Respublika partiyasından olan Karson Suriyada zorakılıqdan xilas olan miqrantların ABŞ ərazisinə girişinin amerikalılar üçün təhlükəli olduğunu bildirib. Ben Karson bu barədə Albama ştatının Mobil şəhərində seçkiqabağı kampaniyanın keçirildiyi vaxt danışıb.
"Əgər sizin ölkənizdə quduz it qaçırsa, ehtimal ki, siz bu iti yaxşı it kimi qələmə vermərsiniz" - deyə Karson qaçqınlar barədə danışarkən vurğulayıb."Bizə quduz itləri tanımağa xüsusi qurğu da lazımdır" - deyə namizəd əlavə edib.
Çıxışı zamanı Karson il ərzində on min Suriya qaçqınının qəbulu edən Barak Obamanın planlarını da tənqid edib.
Ümumiyyətlə, son günlər ABŞ Suriya qaçqınlarını qəbul etməkdə tərəddüd edir. Bu da Parisdə baş verən terror aktları ilə bağlıdır. Çünki 129 nəfərin ölümü, 350-ə yaxın insanın isə xəsarət almasına səbəb olan terrorçunun meyitini taparakən, onun üzərindən Suriya vətəndaşına məxsus şəxsiyyət vəsiqəsi çıxıb.
Hətta, baş verən terrorla bağlı ABŞ -ın 11 ştatının qaçqınları qəbul etməyinə qarşı çıxıb. Lakin, buna baxmayaraq, Ağ Ev 10 min Suriya qaçqınını 2016-cı ilədək qəbul etməyi planlaşdırır.
Bu barədə Barak Obama Ağ Evdə çıxışı zamanı deyib.