Avropa İttifaqı (Aİ) “Azadlıq” radiosunun maliyyəsini öz üzərinə götürmək qərarına gəlib və artıq bu media orqanına 5,5 milyon avro ayırıb.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, yeni sponsorluq barədə Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas məlumat verib.
“Nazirlər “Azadlıq” radiosunun maliyyələşdirilməsinə 5,5 milyon avro ayırmağa razılaşıblar. Bu, qısamüddətli maliyyələşdirmədir, indi Aİ ölkələri uzunmüddətli maliyyələşdirmə barədə razılığa gəlməlidir”. - o, deyib.
Kallas vurğulamışdır ki, Brüssel bu media orqanının “Aİ-yə qonşu ölkələrdə”, o cümlədən Şimali Qafqaz və Mərkəzi Asiyada fəaliyyətində maraqlıdır.
QAZİLER.AZ