Fransada taksi sürücüləri etiraz aksiyalarını davam etdirir

Fransada taksi sürücüləri etiraz aksiyalarını davam etdirir backend

Fransada taksi sürücüləri tibbi daşınma üçün yeni ödəniş şərtləri üçün nümayiş çərçivəsində ikinci gündür küçələri bağlamağa davam edirlər.

Qaziler.az bildirir ki, bu barədə mayın 20-də “Le Figaro” qəzeti məlumat yayıb.

“Yüzə yaxın taksi sürücüsü etiraz əlaməti olaraq çərşənbə axşamı Parisdə, Nəqliyyat Nazirliyinin yaxınlığındakı Raspail Bulvarını bağlamağa davam edir”, - məqalədə deyilir.

Bəzi şəhərlərdə də nəqliyyatın blokadası elan edilib. Belə ki, Fransa-İsveçrə sərhədində, böyük miqdarda nəqliyyatın keçdiyi Bardonnex gömrük məntəqəsində A40 şossesində 10 km-lik sürətin azaldığını bildiriblər.

Nəşrin məlumatına görə, etirazçıların sayı ötən günlə müqayisədə azalıb, lakin Fransanın bir neçə şəhərində etirazlar davam edir.

Diaspora