ABŞ-də Baydenin prezidentliyindən əvvəl xərçəng xəstəliyindən əziyyət çəkdiyi iddia edilir

ABŞ-də Baydenin prezidentliyindən əvvəl xərçəng xəstəliyindən əziyyət çəkdiyi iddia edilir backend

ABŞ-ın keçmiş prezidenti Co Bayden 2021-ci ildə prezidentlik müddəti başlayandan bəri prostat xərçənginin aqressiv forması inkişaf etmiş ola bilərdi.

Qaziler.az xəbər verir ki, onkoloq Ezekiel Emanuel "Washington Post"a bildirib. Həkim vurğulayıb ki, o, siyasətçinin həmin vaxt xəstə olduğunu başa düşüb-düşmədiyini bilmir.

"Bu xərçəng növü bir gecədə inkişaf etmir. O, həqiqətən də xərçəng xəstəsi olub - bu bir həqiqətdir. O, bu barədə bilib, ya yox, onu bilmirəm”, - deyə həkim bildirib.

Jurnalistlərin fikrincə, həkimin açıqlaması ABŞ-da prezidentin diaqnozlarının gizlədilməsi ilə bağlı yeni şübhələr yaradıb. Xüsusilə, 2024-cü ilin fevral ayından Baydenin səhhətinin yaxşı olduğunu iddia edən açıqlamalar tənqid edildi.

“The New York Times” mayın 18-də ABŞ-ın keçmiş prezidentinin xərçəngin aqressiv formasından əziyyət çəkdiyini yazıb. Həkimlər onun prostat vəzində "kiçik şiş" aşkar etdikdən sonra ona bu diaqnoz qoyulub.

QAZİLER.AZ

Diaspora