Pakistan və Hindistan hakimiyyəti qoşunları münaqişə başlamazdan əvvəlki mövqelərinə geri çəkməyə razılaşıblar.
Qaziler.az bildirir ki, bu barədə mayın 20-də AFP xəbər agentliyi Pakistan kəşfiyyat xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.
"Qoşunlar mayın sonuna qədər münaqişədən əvvəlki mövqelərinə çıxarılacaq", - Pakistanın adını açıqlamayan təhlükəsizlik rəsmisi deyib. Onun sözlərini Noovo.info telekanalı sitat gətirir.
Qoşunların mərhələli şəkildə çıxarılacağı dəqiqləşdirilir.
QAZİLER.AZ