"Varlılar də ağlayır" serialının ulduzu Aurora Klavel 88 yaşında vəfat edib.
"Varlılar da ağlayır" və "Vəhşi qızılgül" seriallarının aktrisası Avrora Klavel 88 yaşında Meksikada vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə "El Imparcial" nəşri məlumat yayıb.
“Meksika kinosu və televiziyasındakı karyerası ilə tanınan aktrisa Avrora Klavel 88 yaşında vəfat edib. “Onun ölümü ilə bağlı məlumatı ailə üzvləri təsdiqləyib”, - nəşrin məlumatında deyilir.
Nəşr qeyd edib ki, sənətçinin ölüm səbəbi hələlik açıqlanmayıb.
Klavel 1936-cı ildə anadan olub. Gənc yaşlarından aktyorluğa maraq göstərməsi onu sənət karyerasına başlamağa sövq edib. Aktrisa əsl şöhrəti 1979-cu ildə Meksikanın "Varlılar da ağlayır" serialında və 1987-ci ildə "Vəhşi qızılgül" serialında oynadığı zaman qazandı.
QAZİLER.AZ