Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində Ukraynaya məxsus T-64 tankını vurub - VİDEO

Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində Ukraynaya məxsus T-64 tankını vurub - VİDEO backend

“Qərb” qoşun qrupu FPV pilotsuz uçuş aparatının ekipajının köməyi ilə Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinə  məxsus T-64 tankını məhv edib.

Qaziler.az bildirir ki, bu barədə mayın 20-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

İdarədən bildirilib ki, Rusiya ordusunun kəşfiyyat qrupu Xarkov vilayətindəki yaşayış məntəqələrindən birinin yaxınlığında meşə zolağında kamuflyajlı Ukraynaya məxsus T-64 tankı aşkarlayıb. Bundan sonra Ukrayna tankının yeri barədə məlumat komanda məntəqəsinə ötürülüb.

"Kəşfiyyatçılar döyüş tapşırığını yerinə yetirmək üçün arxa hissədən cəbhə xəttinə gizli yürüş keçiriblər. Müvafiq anı gözləyən FPV pilotsuz uçuş aparatının operatoru pilotsuz təyyarəni məharətlə idarə edib və düşmən tankına dəqiq zərbə endirib", - deyə məlumatda bildirilir.

QAZİLER.AZ

Diaspora