Birləşmiş Ştatlar Ruanda və Konqo Demokratik Respublikasında faydalı qazıntılara sərmayə qoymağı düşünür.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Jurnalistlər iddia edirlər ki, Vaşinqton Konqonun şərqində qalay, tantal və volfram hasil etməkdə maraqlıdır, daha sonra emal edilməsi və xaricə satış üçün Ruandaya aparılacaq. Bunun dövlətlər arasında gərginliyi azaldacağı və onların gəlirlərini artıracağı gözlənilir.
Eyni zamanda, Konqo DR hökuməti qeyd edib ki, Ruanda əsgərləri və üsyançıları dövlətin ərazisindən çıxarılmadan ölkələr arasında əməkdaşlığa nail olmaq mümkün deyil.
Qeyd edək ki, Konqo Demokratik Respublikasında hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər bir neçə aydır ki, davam edir. Konqo DR qonşu Ruandanı üsyançıları dəstəkləməkdə günahlandırır və onu qoşunlarını DR-dən çıxarmağa çağırır. Ruanda isə bütün ittihamları rədd edir.
Firuzə Alimova / QAZİLER.AZ