Çinin cənubundakı Quandun əyalətində baş verən torpaq sürüşməsi nəticəsində üç nəfər həyatını itirib, bir nəfər isə itkin düşüb.
APA xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Hadisə nəticəsində üçmərtəbəli bina zərər görüb.
Axtarış-xilasetmə əməliyyatları zamanı altı nəfər sağ tapılaraq xilas edilib. Lakin tibbi müdaxilələrə baxmayaraq, onlardan üçü xəstəxanada dünyasını dəyişib. Digər üç nəfərin vəziyyəti isə sabit qiymətləndirilir.
Ərazidə axtarış-xilasetmə işləri davam edir.