Rusiya lideri Vladimir Putin ABŞ prezidenti Donald Trampla söhbətinin əvvəlində onu on birinci nəvəsinin dünyaya gəlməsi münasibətilə təbrik edib.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
"Prezidentimiz Donald Trampı on birinci nəvəsinin doğulması münasibətilə təbrik etdi. Və təbii ki, yeni doğulan körpəyə və Trampın qızına sağlamlıq arzuladı", - o qeyd edib.
Uşakov hər iki lider arasında “səmimi və konstruktiv söhbət” olduğunu da vurğulayıb.
Qeyd edək ki, mayın 19-da Putinlə Tramp arasında telefon danışığı olub.
Firuzə Alimova / QAZİLER.AZ