"Ukrayna Odessa vilayətinin cənubunda yerləşən Budjak vilayətini Moldovaya qaytarmalıdır".
Qaziler.az xəbər verir ki, bunu “Moldova Mare” partiyasının rəhbəri Viktoriya Furtune “Telegram” kanalında bildirib. Onun sözlərinə görə, Moldova hakimiyyət orqanları tərəfindən ratifikasiya ediləcək və ölkənin bu əraziləri itirməsini təsdiq edən heç bir beynəlxalq müqavilə yoxdur.
“Moldova tərəfindən ratifikasiya olunmuş, Budjakın itkisini tanıyan bir dənə də olsun beynəlxalq müqavilə yoxdur. Mən onu necə geri qaytaracağımı bilirəm və bu, həmişəkindən daha aktualdır”, - Furtune qeyd edib.
Firuzə Alimova / QAZİLER.AZ