“Rusiya və Ukrayna münaqişənin həllində düzgün yoldadır”.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Jurnalist Pavel Zarubinin bildirdiyinə görə, Putin İstanbuldakı danışıqlarda tərəflər arasında təmasların bərpası əsasında belə qənaətə gəldiyini vurğulayıb.
“Yeri gəlmişkən, İstanbulda görüş və danışıqların iştirakçıları arasında təmaslar bərpa olunub və bu, ümumiyyətlə, düzgün yolda olduğumuzu deməyə əsas verir”, - deyə Putin bildirib.
Firuzə Alimova / QAZİLER.AZ