Rusiya Konstitusiyasına dəyişiklik edilməsi məsələsinə hazırda prezident administrasiyası səviyyəsində baxılmır və müzakirə edilmir.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov açıqlamasında qeyd edib.
Kreml nümayəndəsi Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoyun mümkün düzəlişlərlə bağlı sözlərini belə şərh edib.
“Mən bilmirəm. Bu mövzu gündəmdə deyildi. Bəlkə də biz Tolstoyla onun bu barədə nə demək istədiyini aydınlaşdırmalıyıq”, - deyə Peskov yekunlaşdırıb.
Firuzə Alimova / QAZİLER.AZ