Putin Trampla olan telefon danışığını dəyərləndirib

Putin Trampla olan telefon danışığını dəyərləndirib backend

Rusiya lideri Vladimir Putin ABŞ prezidenti Donald Trampla danışıqların səmimi və mənalı olduğunu qeyd edib.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, Putin jurnalist Pavel Zarubinin “Telegram” kanalında yayımladığı videomüsahibəsində söhbətin iki saata yaxın davam ediyini və onu çox yüksək qiymətləndirdiyini qeyd edib.

“Bu, çox mənalı və kifayət qədər səmimi, ümumilikdə, mənim fikrimcə, çox faydalı danışıq idi”, - Putin deyib.

Putin həmçinin əlavə edib ki, Trampla Ukraynadakı vəziyyəti müzakirə edib. Onun sözlərinə görə, Moskva Kiyevlə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazırdır,  memoranduma atəşkəs məsələləri və münaqişənin həlli prinsipləri daxil ola bilər.

Bundan əlavə, Rusiya lideri bəyan edib ki, Rusiya və Ukrayna hər iki tərəfə uyğun olan razılaşmalara can atmalıdır: “Münaqişənin həlli birtərəfli ola bilməz - yanaşma balanslı olmalı və bütün iştirakçıların maraqlarını nəzərə almalıdır”.

Firuzə Alimova / QAZİLER.AZ

Diaspora