ABŞ-ın "Southwest Airlines" aviaşirkəti bu gün 80 reysi ləğv edib. RİA Novosti-nini verdiyi məlumata əsasən, buna səbəb 128 ədəd "Boeing 737" təyyarəsinin vaxtında texniki baxışdan keçməməsi olub.
Təyyarələr müvəqqəti olaraq istismardan çıxarılıb.Qeyd edək ki, dünəndən ABŞ-da artıq 500 aviareys ləğv edilib və 2 mindən çox reys təxirə salınıb. Bu da əsasən regionda güclü qar çovğununun olması ilə əlaqədardır.