Fransa polisi "The Doors" qrupu liderinin məzarından oğurlanmış büstü təsadüfən tapıb

Fransa polisi  "The Doors" qrupu liderinin məzarından oğurlanmış büstü təsadüfən tapıb backend

Parisdə hüquq-mühafizə orqanlarının əməkdaşları müğənni və “The Doors” rok qrupunun lideri Cim Morrisonun Per-Laşez qəbiristanlığında musiqiçinin məzarından oğurlanmış büstünü tapıblar.

Qaziler.az bildirir ki, bu barədə mayın 19-da Paris prokurorluğuna istinadən RTL radiostansiyası məlumat yayıb.

Xorvatiyalı rəssam Mladen Mikulin tərəfindən hazırlanan büst  dələduzluq işi çərçivəsində axtarış zamanı təsadüfən tapılıb.

Polis heykəli mənimsəmiş şəxsin kimliyini açıqlamayıb.

Büstün 1981-ci il iyulun 3-də, Morrisonun ölümünün 10-cu ildönümündə məzarın üzərinə qoyulduğu deyilir.

RTL-nin məlumatına görə, heykəl hələ 1988-ci ildə oğurlanıb. O, yoxa çıxana qədər o, artıq çox zədələnmişdi: pərəstişkarları onu rəngləmiş, burnunu və ağzını kəsmişdilər.

QAZİLER.AZ

Diaspora