ABŞ polisi Los-Anceles beynəlxalq aeroportunda təyyarəyə pilot formasında girməyə çalışan naməlum şəxsi axtarır. ANS PRESS-in məlumatına görə, “JetBlue” aviaşirkətinin təyyarəsi noyabrın 18-də səhər Nyu-Yorka uçmalı idi. Lakin polisə təxribatla bağlı məlumat daxil olduğundan reys saxlanılıb.
Pilot forması geyinmiş kişini laynerə düşməyə çalışdığını aviaşirkətin əməkdaşlarından biri görüb. O, bu reysin pilotlarının hələ aeroporta gəlmədiyini bildiyindən dərhal həyəcan təbili çalıb.Xatırladaq ki, Fransada terror aktı törədən İŞİD terror təşkilatı dünən Amerika Birləşmiş Ştatlarını (ABŞ) təhdid edən videoçarx yayımlayıb. Videoçarxda təşkilat bu dəfə paytaxt Nyu-Yorkda "Times Meydanı"nda terror törədəcəyini bildirib.
Yayılan görüntülərdə İŞİD silahlısı ABŞ-da terror törədəcəyi ilə təhdid edir. İŞİD terrorçu qruplaşması yaydığı yeni video-müraciətdə Suriyada terrorçularla mübarizədə iştirak edən ölkələri növbəti terror aktları ilə hədələyib.
Terrorçuların sözlərinə görə, ən yaxın hədəflərdən biri Vaşinqton olmalıdır: “Yeni "səlib yürüşündə" iştirak edən bütün ölkələr öz payını alacaq. And içirik ki, Paris kimi biz Vaşinqtonu da vuracağıq”, - deyə video-müraciətdə deyilir. Noyabrın 15-də İraq xüsusi xidmət orqanları yeni informasiya yayıb. Onların verdiyi xəbərə görə, İŞİD terrorçu qruplaşması terror aktlarının keçirilməsi üçün üç ölkə seçiblər: Fransa, ABŞ və İran".