Xərçəngin aqressiv forması diaqnozu qoyulan Amerika Birləşmiş Ştatlarının (ABŞ) keçmiş prezidenti Co Bayden ilk dəfə xəstəliklə bağlı açıqlama verib.
Qaziler.az-ın RBC-Ukrayna-ya istinadən xəbərinə görə, bu barədə Baydenin Twitter hesabına istinadən xəbər verir.
"Xərçəng hər birimizə toxunur. Bir çoxlarınız kimi Cil (ABŞ-ın keçmiş prezidentinin həyat yoldaşı - red.) və mən də öyrəndim ki, biz qırıldığımız yerdə ən güclüyük. Bizi sevgi və dəstəklə ayağa qaldırdığınız üçün təşəkkür edirik", - Ağ Evin 46-cı rəhbəri yazıb.
Mayın 18-də məlum olub ki, ABŞ-ın keçmiş prezidentinə prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub və artıq sümüklərə yayılıb.
QAZİLER.AZ
