Bayden ilk dəfə xəstəliyi ilə bağlı açıqlama verib

Bayden ilk dəfə xəstəliyi ilə bağlı açıqlama verib backend

Xərçəngin aqressiv forması diaqnozu qoyulan Amerika Birləşmiş Ştatlarının (ABŞ) keçmiş prezidenti Co Bayden ilk dəfə xəstəliklə bağlı açıqlama verib.

Qaziler.az-ın RBC-Ukrayna-ya istinadən xəbərinə görə, bu barədə Baydenin Twitter hesabına istinadən xəbər verir.

 "Xərçəng hər birimizə toxunur. Bir çoxlarınız kimi Cil (ABŞ-ın keçmiş prezidentinin həyat yoldaşı - red.) və mən də öyrəndim ki, biz qırıldığımız yerdə ən güclüyük. Bizi sevgi və dəstəklə ayağa qaldırdığınız üçün təşəkkür edirik", - Ağ Evin 46-cı rəhbəri yazıb.

Mayın 18-də məlum olub ki, ABŞ-ın keçmiş prezidentinə prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub və artıq sümüklərə yayılıb.

QAZİLER.AZ

Diaspora