Ovçular 50 il əvvəl itkin düşən tələbənin qalıqlarını tapıb və ekstrasensin sözlərini təsdiqləyiblər

Ovçular 50 il əvvəl itkin düşən tələbənin qalıqlarını tapıb və ekstrasensin sözlərini təsdiqləyiblər backend

ABŞ-nin Yuta ştatında 50 il bundan əvvəl itkin düşən tələbənin işi təsadüfi tapıntı sayəsində açılıb.

Qaziler.az bildirir ki, bu barədə "People" nəşri yazıb.

Nəşrin bildirdiyinə görə, tapıntı ekstrasensin 50 il əvvəl dediyi sözlərini təsdiq edib.

İki ovçu Yuta Universitetinin yaxınlığındakı dağlarda insan qalıqlarına rast gəliblər. Bu barədə dərhal polisə məlumat veriblər və polis onları müayinəyə göndərib. Mütəxəssislər ovçuların Duqlas Brikə aid kəllə parçaları tapdığını aşkar ediblər.

23 yaşlı tələbə Duqlas Brik 1973-cü il oktyabrın 13-də yoxa çıxıb. Həmin gün o, yataqxanadan çıxıb və bir daha geri qayıtmayıb. Daha sonra polis tələbənin özünü yox, tərk edilmiş avtomobilini tapa bilib. Brikin tanışları onun uzun müddətdir depressiyaya düşdüyünü və intihar etmək barədə düşündüyünü bildiriblər.

Maraqlıdır ki, 1990-cı ildə Brikin anası Donna ekstrasens yanına gedib. O, tələbənin həqiqətən də intihar etməyi planlaşdırdığını, lakin oktyabrın 13-də bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyini deyib: o, universitetin yaxınlığında yerləşən dağın zirvəsindən sürüşərək yıxılıb. Ovçular onun qalıqlarını orada tapıblar. 

Həmin ərazinini hərtərəfli axtarmağı planlaşdırırlar.

QAZİLER.AZ

 

Diaspora