Ukrayna Müdafiə Nazirliyi: İŞİD-ə silah satmamışıq

Ukrayna Müdafiə Nazirliyi: İŞİD-ə silah satmamışıq backend

Ukrayna İŞİD-ə Çin istehsalı olan daşınan zenit-raket komplekslərini satmayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi çıxış edib.

O qeyd edib ki, Ukraynada ümumiyyətlə belə növ silah yoxdur.

Xatırladaq ki, Küveytdə həbs olunan terrorçu Üsamə Həyat İŞİD üçün silahı Ukraynada aldığını bəyan edib. O bildirib ki, silahın Suriyaya daşınması Türkiyə vasitəsi ilə baş tutub.