Roma Papası XIV Leo papalıq hakimiyyətinin rəmzlərini qəbul edib

Roma Papası XIV Leo papalıq hakimiyyətinin rəmzlərini qəbul edib backend

Roma Papası XIV Leo papalıq hakimiyyətinin simvollarını – “balıqçı üzüyü” və pallium (xaçlarla işlənmiş yun lenti) alıb.

“Report” xəbər verir ki, bu qədim ritual 267-ci Roma Papasının pontifikatının rəsmi başlanğıcını qeyd edir.

Meydanda çoxsaylı dindarlar, həmçinin 150-dən çox xarici dövlət nümayəndə heyəti, kral ailələrinin və dini konfessiyaların nümayəndələri iştirak edirlər.

Tədbirə gələn xarici liderlər arasında İspaniya Kralı VI Filip, Belçika Kralı Filip, İtaliya Baş naziri Corca Meloni, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen görünür. Bundan başqa, Vatikanda ABŞ vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio iştirak edirlər.

Mərasimdə Azərbaycanı Milli Məclisin (parlament) sədri Sahibə Qafarova təmsil edir.

Diaspora