Kaliforniyada avtomobilin partladılması terror kimi qiymətləndirilib

Kaliforniyada avtomobilin partladılması terror kimi qiymətləndirilib backend

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Kaliforniya ştatının Palm-Sprinqs şəhərində reproduktiv tibb klinikasının yaxınlığında bomba yüklü avtomobilin partladılmasını terror aktı kimi qiymətləndirib.

Bunu FTB-nin Los-Anceles ofisinin direktor köməkçisi Akil Devis "CBS News" kanalı tərəfindən yayımlanan mətbuat konfransında deyib.

"Bu, düşünülmüş terror aktıdır. Araşdırma apardıqca bunun beynəlxalq və ya daxili terror olduğunu müəyyən edəcəyik", - A.Devis bildirib.

O əlavə edib ki, FTB hücumun hədəfinin tibb müəssisəsi olduğuna inanır. Devis cinayətdə şübhəli bilinən şəxsin adını çəkməkdən imtina edərək, bunun istintaqa mane olacağını deyib.

Qeyd edək ki, mayın 18-də Palm-Sprinqsdəki tibb mərkəzinin yaxınlığında avtomobil partladılıb. Nəticədə 1 nəfər ölüb, azı 4 nəfər yaralanıb.

Report.az

Diaspora