Frankfurtdan Sevilyaya uçan təyyarə pilotsuz on dəqiqə uçuş edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Paddle Your Own Kanoo” məlumat yayıb.
Hadisə 2024-cü il fevralın 17-də baş verib, lakin bununla bağlı istintaq yenicə yekunlaşıb. Pilotlardan biri tualetə gedib, lakin o, ikinci pilotun davranışlarında qeyri-adi bir şey hiss etməyib.
Bu zaman ikinci pilotda tibbi müayinə zamanı aşkar olunmayan ürək xəstəliyi ilə əlaqədar qıcolma başlayıb. Pilot idarəetmə panelindəki düymələri təsadüfi basmağa başlayıb.
Birinci pilot geri qayıdanda kabinəyə girməyə çalışıb. Bir neçə dəfə kodu daxil edərək içəri daxil olmağa çalışıb, amma mümkün olmayıb. Nəhayət pilot kabinəsinə daxil olub və orada həmkarının solğun simasını görüb, daha sonra ona stüardessalar tərəfindən ilkin tibbi yardım göstərilib. Belə ki, göyərtəsində 199 sərnişinin olduğu təyyarə 10 dəqiqə ərzində nəzarətsiz qalıb.
Təyyarə Madrid hava limanına təcili eniş edib və durumu yaxşı olmayan pilot buradakı həkimlərə təhvil verilib.
QAZİLER.AZ