“Martın sonunda Türkiyədə həbs edilən isveçli jurnalist Yoahim Medin sərbəst buraxılaraq vətəninə göndərilib”.
Qaziler.az xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson “X” sosial şəbəkəsində məlumat verib.
"Yoahim Medin Türkiyədən İsveçdəki evinə yollanır. Bir neçə saatdan sonra yerə enəcək", - o yazıb.
Kristersson jurnalistin azad edilməsində göstərdikləri köməyə görə İsveç Xarici İşlər Nazirliyinə və onun avropalı həmkarlarına təşəkkür edib.
Qeyd edək ki, martın 30-da isveçli jurnalist Yoahim Medina ölkə lideri Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə və terror qruplaşmasına üzv olmaqda ittiham edilərək Türkiyədə həbs edilib. Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Müdirliyi yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi Mədinin həbs olunması qərarının onun jurnalist fəaliyyəti ilə bağlı olmadığını bildirib. Səlahiyyətlilərə görə, Medin mətbuata Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqə saxlamağa kömək edib.
QAZİLER.AZ