Ukraynaya məxsus FPV pilotsuz uçuş aparatı Kursk vilayətinin Rılsk şəhərində elektrik yarımstansiyasına hücum edib.
Qaziler.az xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Xinşteyn öz “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, düşmənin pilotsuz təyyarəsinin zərbəsi transformatora cüzi ziyan vurub, nəticədə Rılskda və kənd sovetlərində, həmçinin Korenevo və Qluşkovo kəndlərində elektrik enerjisi kəsilib.
Xinşteyn qeyd edib ki, təcili qəza briqadaları onu tez bir zamanda təmir etmək üçün artıq yola düşüb. O əlavə edib ki, yaxın vaxtlarda elektrik enerjisinin verilişi bərpa olunacaq.
QAZİLER.AZ