Roma Papası XIV Leo Vatikanı Ukrayna və Rusiya arasında danışıqlar yerinə çevirmək istəyir.
Qaziler.az bildirir ki, "La Stampa" Vatikanın dövlət katibi Pietro Parolinin sözlərinə istinadən xəbər verir. O, başqa təfərrüatları açıqlamayıb.
"Roma Papası Vatikanı, Müqəddəs Taxt-Tac-ı iki tərəf arasında birbaşa görüş üçün əlçatan etmək niyyətindədir", - Parolin deyib.
Nəşrin jurnalistləri qeyd edirlər ki, Rusiya prezidenti Vladimir Putinin İstanbuldakı danışıqlarda iştirak etməməsi bir çox ölkələrin diplomatik səylərini, o cümlədən ABŞ prezidenti Donald Trampın ümidlərini puça çıxarır.
Mayın 11-də Papa XIV Leo ilk bazar günü xütbəsində Ukraynada “davamlı və həqiqi sülhə” çağırıb. Papa Müqəddəs Pyotr bazilikasının eyvanından katoliklərə müraciət edib. O, həmçinin bütün məhbusları azad etməyə çağırıb və əsgərlərin ailələrinin yanına qayıdacaqlarına ümid etdiyini bildirib.
QAZİLER.AZ