Sloveniyada Melaniya Trampın bürünc heykəli oğurlanıb

Sloveniyada Melaniya Trampın bürünc heykəli oğurlanıb backend

Sloveniyanın Sevnitsa şəhərində naməlum şəxslər ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniyanın bürünc heykəlini oğurlayıblar.

Qaziler.az bildirir ki, bu barədə mayın 15-də “France 24” telekanalı  məlumat yayıb.

“Oğurluq hadisəsi mayın 13-də qeydə alınıb və polis əməkdaşları dərhal hadisə yerinə gedib və araşdırmalara başlayıblar”, - nəşr yazır.

ABŞ-ın birinci xanımının heykəli 2020-ci ildə doğulduğu Sevnitsa şəhərinin kənarındakı tarlada ucaldılıb.Heykəl amerikalı konseptual rəssam Bred Dauni tərəfindən hazırlanıb. Bu, Melaniya Trampın şəhərdəki ikinci heykəli idi.

QAZİLER.AZ

Diaspora