İsrailin Bruxin qəsəbəsi yaxınlığında hücum nəticəsində hamilə qadın ölüb, körpə xilas edilib.
Qaziler.az bildirir ki, bu barədə Kazinform agentliyinin müxbiri xəbər verir.
İordan çayının qərb sahilində baş verən atışmada hamiləliyin son mərhələsində olan 30 yaşlı İsrail vətəndaşı Tseela Gez həlak olub. Bu barədə İsrail mətbuatı tibbi mənbələrə istinadən məlumat yayıb.
Hadisə mayın 14-də axşam saatlarında Pduel və Bruxin qəsəbələri arasındakı magistralda baş verib. Qadının və ərinin olduğu avtomobilə keçən avtomobildən atəş açılıb. Ölən qadının əri yüngül bədən xəsarətləri alıb. Hadisə yerinə xilasedicilər və SAXAL əsgərləri gəlib.
Zərərçəkmiş Rabin Tibb Mərkəzinə aparılıb və orada həkimlər təcili qeysəriyyə əməliyyatı ediblər. Həkimlərin səyinə baxmayaraq, qadını xilas etmək mümkün olmayıb. Körpə Şnayder Uşaq Tibb Mərkəzinə yerləşdirilib və onun vəziyyəti ağır, lakin stabildir. Körpə reanimasiyadadır.
QAZİLER.AZ