Rusiya XİN İsveçrəni mənfi nəticələrlə hədələyib

Rusiya XİN İsveçrəni mənfi nəticələrlə  hədələyib backend

İsveçrənin anti-Rusiya kursu və onun neytrallıqdan çıxması Rusiya-İsveçrə münasibətləri üçün xoşagəlməz nəticələrlə təhdid edə bilər.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko Konfederasiyanın Moskvadakı səfiri Kristina Marti Lanqla görüşündə bildirib. Görüşdə İsveçrənin 2026-cı ildə təşkilata qarşıdakı sədrliyi kontekstində ATƏT-in fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

“Söhbət zamanı indiki mərhələdə Rusiya-İsveçrə münasibətlərinin ayrı-ayrı aspektləri müzakirə olunub. Konfederasiyanın neytrallıq prinsiplərindən, NATO və Aİ-nin anti-Rusiya kursuna inteqrasiyasının ikitərəfli münasibətlərdə mənfi nəticələrə səbəb olduğu vurğulanıb”, - bəyanatda qeyd edilib.

QAZİLER.AZ

Diaspora