Norveç vəd edilmiş bütün F-16-ların Ukraynaya təhvil verilməsini təsdiqləyir

Norveç vəd edilmiş bütün F-16-ların Ukraynaya təhvil verilməsini təsdiqləyir backend

Norveç vəd etdiyi bütün F-16 qırıcılarının tədarükünü 2025-ci ilin sonuna qədər başa çatdırmağı planlaşdırır, lakin  Ukraynaya artıq neçə təyyarənin gəldiyini açıqlamayıb.

Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki, Norveçin müdafiə naziri Ture O.Sandvik deyib.

Müdafiə Nazirliyinin rəhbəri təsdiqləyib ki, ölkə Norveç hökumətinin ötən il Ukraynaya vəd etdiyi bütün F-16-ları tədarük etməyi planlaşdırır.

Sandvik qeyd edib ki, "bəzi qırıcılar" artıq Kiyevə göndərilib, qalan tədarüklərin isə 2025-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır. Lakin nazir onların təhlükəsizliyi üçün tədarüklərin təfərrüatlarına varmayıb.

QAZİLER.AZ

Diaspora