NATO-dan Baltik dənizində baş verən insidentlə bağlı AÇIQLAMA

NATO-dan Baltik dənizində baş verən insidentlə bağlı AÇIQLAMA backend

NATO Baltik dənizində baş verən insidentin səbəblərini aydınlaşdırmaq üçün Estoniya ilə əlaqədədir.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Mark Rutte deyib.

"NATO və Estoniya sıx təmasdadır, koordinasiya edir, çünki biz nə baş verdiyini dəqiq bildiyimizə əmin olmalıyıq", - deyə o bildirib.

Qeyd edək ki, mayın 14-də Estoniya Rusiyanı hava məkanını pozmaqda ittiham edib. Estoniya tərəfinin məlumatına görə, sərhəd pozuntusu Yuminda yarımadasının şimalında, Finlandiya körfəzi üzərində baş verib.

Firuzə Alimova / QAZİLER.AZ

Diaspora