Pakistan və Hindistan hərbçiləri atəşkəs rejiminin mayın 18-dək uzadılması barədə razılığa gəliblər.
Qaziler.az bildirir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar ölkə parlamentində çıxışı zamanı bildirib.
"Müzakirələrdən sonra atəşkəs əvvəlcə mayın 12-dək, sonra isə mayın 14-dək, indi isə mayın 18-dək uzadılıb", - Samaa TV onun sözlərindən sitat gətirib.
O, atəşkəslə bağlı razılığın iki ölkənin hərbi əməliyyat komandirləri arasında yeni telefon danışığı zamanı əldə olunduğuna aydınlıq gətirib.
Dar həmçinin Pakistanın silahlı qarşıdurmada qalib gəldiyini və Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 6 təyyarənin və bir pilotsuz təyyarənin məhv edildiyini iddia edib.
QAZİLER.AZ