İran yalnız ABŞ sanksiyaları qaldıracağı təqdirdə yüksək zənginləşdirilmiş uranı xaricə ixrac edəcək.
Qaziler.az xəbər verir ki,bu barədə Tehrandan olan yüksək rütbəli məmura istinadən “Reuters” agentliyi məlumat yayıb.
“İran yüksək dərəcədə zənginləşdirilmiş uranı xaricə yalnız ABŞ sanksiyaları həqiqətən və yoxlanılacaq şəkildə ləğv edəcəyi təqdirdə göndərəcək”, - nəşr yazır.
Agentliyin mənbəsi əlavə edib ki, Tehran nüvə sazişinin müzakirəsi zamanı yaranan fikir ayrılıqlarının həlli ilə bağlı Vaşinqtondan hər hansı yeni təklif almayıb.
Firuzə Alimova / QAZİLER.AZ