II Avropa Oyunları, böyük ehtimalla, Rusiyada keçiriləcək

II Avropa Oyunları, böyük ehtimalla, Rusiyada keçiriləcək backend

Rusiyaya böyük ehtimalla ikinci Avropa Oyunlarının keçirmək təklif olunacaq. APA-nın məlumatına görə, bu barədə “TASS”-a Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsinin üzvü Aleksandr Kozlovski bildirib.

Qeyd edək ki, bu gün Praqada AOK İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda növbəti Avropa Oyunlarının keçirilməsi məsələsi müzakirə olunub.

“Mən qabaqcadan heç nə demək istəmirəm, onu qeyd edim ki, AOK prezidenti Patrik Hikki tezliklə ikinci Avropa Oyunlarının təşkili məsələsinə dair bəyanat verəcək. Onların keçiriləcəyinə şübhə yoxdur, və demək olar ki, Oyunların keçiriləcəyi ölkə ilə bağlı da şübhə yoxdur. Hansı ölkələrlə danışıqlar aparıldığı və yekun seçim barədə məlumat veriləcək. Danışıqlar həlledici mərhələyə keçib və yaxın zamanda onların nəticələri elan olunacaq. Mən yalnız öz ehtimalımı deyə bilərəm: mən ikinci Avropa Oyunlarının Rusiyada keçiriləcəyinə əminəm”, deyə Kozlovski bildirib.

Bundan əvvəl Rusiya mətbuatında Avropa Oyunlarının Rusiyada keçiriləcəyi təqdirdə yarışların Soçi və ya Kazanda təşkil olunacağı barədə xəbərlər yayılıb.
Diaspora