Fransada zooparka ildırımın düşməsi nəticəsində ən azı 13 nəfər xəsarət alıb.
Qaziler.az bu barədə “Le Parisien” nəşrinə istinadla xəbər verir. Hadisə Buş-dyu-Ron departamentində baş verib.
Qəzetin məlumatına görə, xəsarət alanlar arasında dörd uşaq da var. Bundan başqa, Almaniyadan olan bir qadının vəziyyəti ağırdır.
Nəşr yanğınsöndürənlərə istinadən qeyd edir ki, parkın düz və açıq hissəsinə ildırım düşüb, ziyarətçilərin qismən bəxti gətirib. Zooparkın infrastrukturuna və heyvanlara ziyan dəyməyib.
Firuzə Alimova / QAZİLER.AZ