Rusiya hakimiyyəti ölkə xaricində öz hərəkətləri ilə dünyada vəziyyəti gərginləşdirir. Musavat.com-un məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyot Poroşenko bildirib.
Poroşenko deyib ki, “Putinin Suriyada İŞDİ mövqelərinə zərbə vurmaqla bağlı” öhdəliyinə təəccüblənib, çünki “eyni vaxtda Rusiya Donbas separatçılarını mümkün hər şeylə təmin edir”.“Putinin yeganə hədəfi – Avropadan tutmuş Suriyayadək dünyada vəziyyəti gərginləşdirməkdir. Rusiya Suriyada vətəndaş müharibəsinin başlanğıcından yüz minlərlə dinc vətəndaşın ölümündə əli olan Bəşər Əsədi dəstəkləyir. Moskva Suriyaya sülh yox, müharibə aparır” – qeyd edib Ukrayna prezidenti.