ABŞ-də məhkəmə, Milli Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutunun (NIOSH) əvvəllər işdən qovulmuş 200-ə yaxın əməkdaşının işlərinə bərpa olunacağına qərar verib.
Qaziler.az xəbər verir ki, bu barədə “Washington Post” (WP) qəzeti hakimin qərarına istinadən məlumat yayıb.
“Çərşənbə axşamı Birləşmiş Ştatlarda federal hakim mədən işçilərini ağciyər xəstəliyinə görə müayinə edən 200-ə yaxın dövlət işçisinin işinə bərpa olunmasını əmr edib”, - hesabatda deyilib.
İşdən çıxarılan məmurların cəlb olunduğu proqram, mədənçilərə ağciyər xəstəliyi diaqnozu qoyulduğu təqdirdə müalicə üçün kompensasiya almağa icazə verib.
Firuzə Alimova / QAZİLER.AZ