ABŞ G20 sammitinə hazırlığı dayandırıb

ABŞ G20 sammitinə hazırlığı dayandırıb backend

ABŞ noyabrda Cənubi Afrika Respublikasında keçiriləcək G20 sammitinə hazırlığı dayandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə “The Washington Post” Ağ Evdəki mənbələrə istinadən yazır.

Nəşr qeyd edib ki, ABŞ prezident administrasiyasının Milli Təhlükəsizlik Şurası agentlik və departamentlərə sammitə hazırlıq işlərini dayandırmağı əmr edib.

Nəşr vurğulayıb ki, bu qərar yeni müsadirə qanununa görə Cənubi Afrikanın ağdərili sakinlərinin torpaqlarının əllərindən alınması ilə bağlı Ağ Ev rəhbəri Donald Trampın sammitdəki iştirakını bakot etmək təhdidləri ilə bağlı yayılan məlumatlarla əlaqədardır. 

WP iddia edir ki, hazırlıqların dayandırılması ABŞ administrasiyasında tədbirdə iştirakın məqsədəuyğunluğu ilə bağlı mübahisələri aradan qaldırıb.

Firuzə Alimova / QAZİLER.AZ

Diaspora