Estoniya Hərbi Dəniz Qüvvələri və NATO aviasiyası Finlandiya körfəzində Qabon bayrağı altında Primorska gedən mülki “Jaguar” gəmisini ələ keçirməyə cəhd edib.
Qaziler.az xəbər verir ki bu barədə “İzvestiya” yazır.
Nəşrin məlumatına görə, estoniyalı dənizçilər mülki gəmini vurmaqla hədələyiblər və iki dəfə helikopterdən hərbçiləri göyərtəyə endirməyə cəhd ediblər. Estoniya həmçinin taktiki aviasiyanı qaldırıb, lakin “Jaguar”ın ekipajı təxribata məhəl qoymayıb və Primorska doğru istiqamət almağa davam edib. Qeyd olunub ki, əgər gəmi Estoniyanın ərazi sularına tərəf getsəydi, Tallinnin “Jaguar”ı orada saxlamağa tam hüququ var idi.
Əməliyyatda Estoniya qüvvələri desant helikopteri, PZL M28 təyyarəsi və iki patrul gəmisi, "Raiu" və "Kurvits" istifadə edərək iştirak edib. Həmçinin Polşanın Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarələri də havalanıb.
Firuzə Alimova / QAZİLER.AZ