“Rusiya prezidenti Vladimir Putin sülh yolu ilə nizamlanmadan imtina edərsə, ABŞ Kiyevə daha da çox yardım edəcək”.
Qaziler.az xəbər verir ki, bunu Zelenski ofisinin rəhbəri Andrey Yermak “Le Monde”a müsahibəsində bildirib. Onun sözlərinə görə, Amerika prezidenti Donald Tramp Ukraynaya belə vəd verib.
“Vladimir Putinin orada olub-olmayacağını bilmirik. Ruslar bizə cavab vermədilər. Eyni zamanda, biz danışıqların tam və qeyd-şərtsiz atəşkəslə başlamalı olduğuna inanmaqda davam edirik. Tramp dedi: “Əgər Putin sülh sazişi bağlamaqdan imtina edərsə, mən Ukraynaya təsəvvür etdiyindən daha çox şey verəcəm”. Bu ifadəni çox bəyənirəm...”, - Yermak paylaşıb.
Yermak qeyd edib ki, Ukrayna hakimiyyəti Rusiyaya güvənmir, lakin münaqişəyə son qoymaq istəyir. O, həmçinin əlavə edib ki, Kiyev istənilən formatda danışıqları qəbul etməyə hazırdır.
Firuzə Alimova / QAZİLER.AZ