Hazırda Papa XIV Leonun Kiyevə səfər etməsi tezdir.
Qaziler.az xəbər verir ki, bunu Ukraynanın “Strana.ua” nəşri Vatikanın dövlət katibi Pietro Parolinin sözlərinə istinadən bildirir.
Onun sözlərinə görə, Müqəddəs Taxt-Tacın rəhbəri Ukrayna prezidenti Volodimir Zelenskinin ölkəsinə səfər təklifi barədə düşünəcək.
Düşünmürəm ki, bu məqamda o, “bəli” və ya “yox” deyəcək”, - Parolin əlavə edib.
Qeyd edək ki, Volodimir Zelenski XIV Leo ilə danışıqlar apardığını və ondan ölkəyə səfər etməyi xahiş etdiyini bildirmişdi. Dövlət başçısı özünün “Telegram” kanalında qeyd edib ki, Roma Papasının belə bir addımı xalq tərəfindən güclü dəstəyin simvolu olacaq.
Firuzə Alimova / QAZİLER.AZ