İtaliyadan Ukraynaya hərbi yardımın çatdırılması gecikir. Eyni zamanda, Rusiya ilə müharibə bitəndə onun gələcəyinə bir ümid var.
RBC-Ukrayna La Repubblica-ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Qvido Krosetto bildirib.
"Təəssüf ki, son yardım paketinin təsdiqindən logistika başlayana qədər çox vaxt lazımdır. Ümid edirəm ki, yardım müharibə bitəndə, yəni ehtiyac qalmayanda gələcək", - Krosetto bildirib.
O qeyd edib ki, İtaliya hər gün Rusiyanın hücumlarından əziyyət çəkən Ukraynaya kömək etməkdə davam edir.
"Son aylarda və ya son həftədə heç nə dəyişməyib: atəşkəs barədə danışılsa da, biz bunu görməmişik. Ona görə də ümid edirəm ki, İtaliya yardımı gələndə ona daha ehtiyac qalmayacaq", - İtaliyanın müdafiə naziri əlavə edib.
QAZİLER.AZ