Brüssel hava limanlarından biri bomba təhlükəsi səbəbindən bağlanıb

Brüssel hava limanlarından biri bomba təhlükəsi səbəbindən bağlanıb backend

Brüsselin ikinci ən böyük hava limanı olan Şarlerua bomba xəbərdarlığından sonra fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Qaziler.az bildirir ki, bu barədə "dpa" xəbər verir.

Mayın 13-də Portuqaliyadan gələn təyyarənin göyərtəsində bomba olması barədə məlumat daxil olub.

"Təyyarənin ətrafında təhlükəsizlik perimetri yaradılıb, bunun üçün uçuş-enmə zolağının bağlanması və nəticədə hava limanının fəaliyyətinin dayandırılması tələb olunub", - Şarlerua hava limanının bəyanatında deyilir.

Uçuşlar Brüssel və Fransanın Lill şəhəri də daxil olmaqla, yaxınlıqdakı digər hava limanlarına yönləndirilib.

Şarlerua hava limanı daha sonra xidmətədavam edib.

QAZİLER.AZ

Diaspora