NATO Rusiyanın qarşısını almaq üçün Arktikada daha ciddi rol oynamalıdır.
Qaziler.az “Bloomber”ə istinadla xəbər verir ki, bunu alyansın keçmiş baş katibi Anders Foq Rasmussen deyib.
Onun sözlərinə görə, Rusiya Arktika bölgəsində yenidən silahlanır, həmçinin hava bazaları və digər hərbi obyektlər açır.
"Biz buna ciddi yanaşmalıyıq. Onların regionda ərazi ambisiyaları açıq şəkildə var. Buna cavab olaraq NATO Arktika strategiyasını hazırlamalı və daha güclü rol oynamalıdır", - Rasmussen bildirib.
Onun sözlərinə görə, NATO üzvləri regionda Rusiya sualtı qayıqlarını aşkar etmək üçün müşahidə imkanlarını gücləndirməyə diqqət yetirməlidirlər.
QAZİLER.AZ